» » “Almanlar bizim sirrimizi öyrənəcək” -

“Almanlar bizim sirrimizi öyrənəcək” - Rövnəq Abdullayev

Bölmə: Idman
“Almanlar bizim sirrimizi öyrənəcək” -
"Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər".

Xalqinfo” apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, oyunu yayımlamaq imkanının olmaması Qətərin istəyi ilə olub: "Bizim oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdur. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".

Rövnəq Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb: "Hazırlıq prosesi qaydasında gedir. Görək, necə olacaq. Hər şey mümkündür. Top yumru, meydan düzdür".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler