» » “Messinin baş məşqçisi olmaq istəyirəm” -

“Messinin baş məşqçisi olmaq istəyirəm” - Mançini

Bölmə: Idman
“Messinin baş məşqçisi olmaq istəyirəm” -
İtaliyalı baş məşqçi Roberto Mançini ən böyük arzusunun Lionel Messini çalışdırmaq olduğunu söyləyib.

Xalqinfo” “Super Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin böyük futbolçu olduğunu bildirib:

“Hazırda Messi dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, baş məşqçisi olaram”.

52 yaşlı çalışdırıcı Argentina futbolu haqda da qısaca danışıb.

Mançini “İnter”də çıxış edən Mauro İkardi və “Yuventus”un forvardı Paulo Dibalaya təriflər yağdırıb. Argentinada son zamanlar istedadlı məşqçilərin olduğunu vurğulayan mütəxəssis “River Pleyt”in çalışdırıcı olan Marselo Qallardonun parlaq gələcəyə sahib olduğunu bildirib.

Qeyd edək ki, Roberto Mançinin son iş yeri İtaliya “İnter”i olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler