Lider Gəncə səfərində, "Qarabağ"ın çətin sınağıBölmə: Idman
Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, tur iki gün davam edəcək. İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Neftçi" və AZAL sonuncuların meydanında qarşılaşacaq. Qış fasiləsində güclənən "ağ-qaralar" son günlərdə transferlərlə diqqətləri cəlb edən "təyyarəçilər"i xalsız qoymağa çalışacaqlar. Tərlan Əhmədovun yetirmələri 5 oyunluq məğlubiyyət seriyasına son qoysa, "Kəpəz"lə xal fərqini azaldacaq. Elxan Abdullayevin komandası isə mövqeyini qorumaq üçün qalib gəlməlidir. Çünki "Neftçi"nin irəliləməsi hələ mümkün deyil. Əvəzində "Sumqayıt"la "Zirə"nin oyununun nəticəsi "ağ-qaralar"la 5-ci yer arasında fərqi azalda bilər. Turnir cədvəlinin qonşuları isə Zirədə üz-üzə gələcəklər. İlk iki dövrədə rəqibinə xal verməyən Samir Abasovun yetirmələri 4-cü yeri qorumaq üçün xal əldə etməlidir. Ayxan Abbasovun komandası isə qələbə ilə irəliləmək imkanına malikdir. İkinci oyun günü liderin matçı ilə başlayacaq. "Qəbələ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ilk iki matçda məğlub etdikləri rəqiblə görüşün favoritidirlər. Amma çətin səfər sınağı "qırmızı-qaralar"a liderlik bahasına başa gələ bilər. Bu səbəbdən qəbələlilər mütləq qalib gəlməlidirlər. "Kəpəz" isə 6 oyunluq qələbə həsrətinə son qoymağı, ən azı 1 xal əldə etməyi düşünür. Şahin Diniyev hər dəfə üzləşdiyi istefa məsələsi ilə qarşı-qarşıya qoymamaq üçün yetirmələri lideri büdrətməlidirlər. Tura Suraxanıda yekun vurulacaq. Mərkəzi oyunda ilk "üçlük"də qərarlaşan "Qarabağ"la "İnter" üz-üzə gələcək. Ötən mövsümün mükafatçılarının ilk iki duelində qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməlidirlər. "Qəbələ"yə məğlubiyyəti unutdurmaq üçün ağdamlılara 3 xal lazımdır. Bu, ən azı, liderlə xal fərqini qoruyacaq. Gəncədəki oyunun nəticəsi "Qarabağ"ın irəliləməsinə də səbəb ola bilər. "İnter" isə avrokuboklara doğru növbəti addımını çempionu büdrətməklə atacaq. Zaur Svanadzenin komandası qalib gəlsə, bürüncdən artığını qazanmaq gücündə olduğunu da göstərəcək. Bakılılar məğlub olsalar, 4-cü yerlə xal fərqi bir az da "ərimiş" olacaq. Azərbaycan Premyer Liqası XX tur 27 fevral (bazar ertəsi) 15:30. AZAL - "Neftçi" Mövsümün ilk iki oyunu: 0:2, 1:0 Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Vüsal Əliyev AZAL Arena 18:00. "Zirə" - "Sumqayıt" Mövsümün ilk iki oyunu: 0:1, 0:1 Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Xaqani Məmmədov Zirə İdman Kompleksinin stadionu 28 fevral (çərşənbə axşamı) 15:00. "Kəpəz" - "Qəbələ" Mövsümün ilk iki oyunu: 0:2, 1:2 Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Şahin Cəfərov Gəncə şəhər stadionu 18:00. "Qarabağ" - "İnter" Mövsümün ilk iki oyunu: 1:2, 0:0 Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Məlik Həsənov "Azərsun Arena" Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|