Yubiley oyununa gözəl hədiyyə - 8:0 + VİDEOBölmə: Idman
Almaniya Bundesliqasında 22-ci tur davam edir. Xalqinfo.az xəbər verir ki, turun ilk oyununda “Volfsburq” “Verder”i qəbul edib. Oyun Bremen təmsilçisinin qələbəsiylə nəticələnib - 2:1. Son 3 turda yalnız bir qələbə qazana bilən lider “Bavariya” isə evdə aşağı pillələrdə qərarlaşmış “Hamburq”la qarşılaşıb. Münhen klubu "Dinozavrlar"ın daşını daş üstə qoymayıb - 8:0. Bu qarşılaşma "Bavariya"nın baş məşqçisi Karlo Ançelottinin baş məşqçi kimi 1000-ci oyunu olub. "Bavariya"nın ən yaxın izləyicisi "Leyptsiq" də qalib gəlib. "Öküzlər" "Köln"ü 3:1 hesabıyla məğlub edib. Dortmund "Borussiya"sı isə səfərdə "Frayburq"dan üstün olub - 3:0. Almaniya Bundesliqası, 22-ci tur 24 fevral Volfsburq - Verder 1:2 Qol: Mayoral, 19 - Qnabri, 10; 18. 25 fevral Bayer - Maynts 0:2 Qol: Bell, 8. Öztunalı, 11. Bavariya - Hamburq 8:0 Qol: Vidal, 17. Levandovski, 24-pen; 42; 54. Alaba, 56. Koman, 65; 69. Robben, 87. Leyptsiq - Köln 3:1 Qol: Forsberq, 5. Maro, 34-avtoqol. Verner, 65 - Osako, 53. Frayburq - Borussiya D 0:3 Qol: Papastopulos, 13. Obameyanq, 55; 70. Darmştadt - Auqsburq 1:2 Qol: Heller, 47 - Veraeq, 55-pen. Bobadilla, 85. 21:30 Herta - Ayntraxt 26 fevral 18:30 İnqolştadt - Borussiya M 20:30 Şalke - Hoffenhaym Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|