» » Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi

Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi

Bölmə: Idman
Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi
Avropanın ikinci ən nüfuzlu futbol turniri hesab olunan Avroliqada 1/16 final mərhələsinə yekun vuruldu.

Xalqinfo.az-ın məlumatına görə, artıq həftənin ən yaxşı oyunçusunun kimliyinə də aydınlıq gəlib. UEFA-nın saytında keçirilən səsvermənin nəticələrinə əsasən, "Olimpiakos"un hücumçusu Kərim Ənsərifərd hamını qabaqlayaraq qalib adına layiq görülüb.

Azərbaycan əsilli Kərim Ərdəbil şəhərində dünyaya gəlib. 26 yaşlı futbolçu Təbriz "Traktor Sazi"sindəki uğurlu çıxışının ardından İspaniyanın "Osasuna" klubuna transfer olunmuşdu.

Qeyd edək ki, Kərim Ənsərifərdin formasını geyindiyi "Olimpiakos" UEFA Avropa Liqasının 1/8 finalında Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler