Azərbaycanlı Rumıniyada vitse-prezident olduBölmə: Idman
Bu gün Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib. “Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib. Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib. Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib. aha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. SOCAR-ın Rumıniyadakı “SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçiliblər. Qeyd edək ki, Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır. Xalqinfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|