» » “Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"

“Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"

Bölmə: Idman
“Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 19-cu turunda "Neftçi" ilə oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Xalqinfo.az saytı xəbər verir ki, Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma haqda fikirlərini bildirib.

- Maraqlı oyun keçdi. Həm rəqibin, həm də bizim qalib gəlmək şansımız var idi. Məncə, bizim qol şanslarımız daha real idi. Əsas odur, komanda oyun oynadı. Bu gün heyətdə rotasiya etmək çox çətindir. Ancaq komanda bu gün vuruşdu. Mənə elə gəlir ki, hər iki komanda xala layiq idi. Meydanda derbiyə layiq oyun izlədik. Daha da yaxşı olacaq. Bundan öncə “İnter”, “Zirə”, “Sumqayıt”la oyunlara 3 xal üçün çıxmışdıq. Bundan sonra 7 ev oyunumuz var. Məncə, elə heç nə itirməmişik. Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk.

- Qış fasiləsindən sonra komandanın belə oyun sərgiləməsinə nə mane olurdu?

- “İnter”lə oyunun ilk hissəsindən sonra komanda psixoloji cəhətdən sındı. Bizə təzyiqlər də çox olur. Azarkeşləri də qınamaq olmaz. Ancaq inanın mənə, komanda daxilində heç bir təxribat yoxdu. Baxın, “Lester” keçən iln çempionudu, ancaq indi aşağı pillələrdə qərarlaşıb. Buna görə məşqçini öldürməlidlər? Bu gün komanda boyundan yuxarı tullandı. Hamıya hörmətim var, ancaq bilməlidilər ki, komanda daxilində heç bir gərginlik yoxdur.

- Komanda ikinci hissədə fiziki cəhətdən daha yaxşı oynadı...

- Futbolda psixoloji hazırlıq böyük əhəmiyyət daşıyır. Belə deyək, psixoloji hazırlıq nəticədə 11 faiz rol oynayır. Əvvəlki oyunlarda psixoloji cəhətdən məhz bu 11 faiz çatışmadı.

- Simaitisin ehtiaytda oturması cəza məqsədilə idi?

- Yox, belə şeyə qarşıyam. Futbolda reallıqlar var. Tadas pis qapıçı deyil. Sadəcə, Davud Kərimi “Qarabağ”la oyunda yaxşı təsir bağışlamışdı. O ki qaldı Serjinyoya, bu oyunda ondan çox digər oyunçulara ehtiyacım var idi. O, hücumameyilli oyunçudur, ona görə ikinci sahədə meydana buraxdım.

- Tural Axundovun mərkəzdə oynaması Vüqar Bəybalayevin oyunundan narazı qalmağınızla bağlıdır?

- Bəybalayev yarı dağıdıcı, yarı yaradıcı oyunçudur. Buna görə bu gün daha müdafiəmeyilli olan Turala mərkəzdə şans verdim.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler