» » "Barselona" darmadağın oldu

"Barselona" darmadağın oldu

Bölmə: Idman
"Barselona" darmadağın oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Xalqinfo.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ən maraqlı qarşılaşması Parisdə keçirilib. “PSJ” öz meydanında “Barselona”nı darmadağın edib. Qarşılaşma parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə isə “Benfika” Dortmundda “Borussiya”nı 0:1 hesablı məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki oyunu bu gün keçiriləcək. “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edəcək. “Real” isə “Santyaqo Bernabeu”da “Napoli” ilə münasibətlərə aydınlıq gətirəcək.

15 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

23:45. “Real” (İspaniya) - “Napoli” (İtaliya)


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler