» » Taekvandoçumuz qızıl medal qazandı

Taekvandoçumuz qızıl medal qazandı

Bölmə: Idman
Taekvandoçumuz qızıl medal qazandı

Türkiyənin Antalya şəhərində taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir.

Modern.az apasport.az saytına istinadən xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisinin mükafatları sırasına daha ikisi əlavə olunub. Belə ki, Reza Mehmandostun yetirmələrindən olan təmsilçimiz Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalı ilə kifayətlənib.

68 kq çəki dərəcəsində Sina Bəhrami isə bütün rəqiblərini məğlub edərək “Turkish Open”-nin qalibi adına layiq görülüb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacağı gözlənilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler