» » Prezidentin bacısı oğlu bu dəfə 170 kq qaldırdı

Prezidentin bacısı oğlu bu dəfə 170 kq qaldırdı - Video

Bölmə: Idman
Prezidentin bacısı oğlu bu dəfə 170 kq qaldırdı
Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev sosial şəbəkədə məşqindən yeni görüntülər paylaşıb.

“Xalqinfo” xəbər verir ki, o, bu dəfə 170 kq ağırlığı qaldırıb.

Qeyd edək ki, ötən il federasiyada vitse-prezident seçilən Əliyev uzun illər paurlifting idman növü üzrə yığmamızın tərkibində mübarizə aparıb. 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurlifting üzrə gənclər arasında keçirilən yarışda 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gələrək yüksək nəticə göstərib.

Latviyada keçirilən yarışda isə paurliftinq üzrə Dünya çempionatında 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq nəticəsini daha da yaxşılaşdırıb.

2014 cü ildə keçirilən Açıq Avrasiya Kuboku yarışında gümüş medal qazanıb və bununla yanaşı bir çox beynəlxalq yarışların qalibidir.

Xatırladaq ki, Azər Əliyev Sevil Əliyevanın oğludur.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler