» » “Onları Allaha tapşırıram”

“Onları Allaha tapşırıram”

Bölmə: Idman
“Onları Allaha tapşırıram”
Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt” öz meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

Xalqinfo” Futbol11.az-a istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Şahin Dinyev fikirlərini bildirib:

“Komanda oyuna köklənmişdi. Sadəcə, uşaq səhvləri etdik. İkinci hissədə oyunu qaytarmaq istəsək də, alınmadı. “Qara zolaq”dan çıxmağa çalışırıq. Çox işləsək də, hələlik təzyiq altından çıxa bilmirik. “Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. İstədilər və qələbə qazandılar. “Sumqayıt”ın futbolçuları meydanda ölməyə hazır idilər”.

- İstefa vermək niyyətiniz var?

- Komandanı belə vəziyyətdə qoymaq istəmirəm. Bu, zəiflik əlamətidi. Mübarizə aparacağıq və komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq.

- Əli Nurini erkən əvəzləməyinizə səbəb nədir?

- Müdafiəçilərimizin olmaması təsirini göstərir. Gənc oyunçudu, bir qədər həyəcanlı idi. Onun oyun planında axsama olduğu üçün əvəzlədik. Amma bu, onun bundan sonra oynamayacağı anlamına gəlməməlidir.

- İstefanızla bağlı söz-söhbətlər gəzir. Sizcə, gedişinizi kimlər istəyir?

- Bilirəm onlar kimdi. Çox əfsus ki, jurnalist həmkarlarınız idarə olunurlar. Mənim istefa mədəniyyətim var. Sadəcə, 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacam komandanı özünə qaytaram.

- Kərim Diniyevi oynatmağınızı çox adam qəbul etmir, söz-söhbət yaradırlar. Bu məsələyə münasibətiniz necədir?

- Uşaq söhbətləridi, şəxsi qərəzlikdi. Kərim bu gün ən yaxşılarımızdan bir idi, yaxşı mübarizə apardı. Futboldan anlayışı olan insan belə danışmaz. Mən o danışanları çox yaxşı tanıyıram. Onları Allaha taşrırıram.

***

Meydan sahiblərinin baş məşqçisi Samir Abasov da oyun haqda danışıb:

“Danışası bir şey yoxdur. Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. Bu gün Bəhlul ilk dəfə Premyer Liqada oyuna çıxmışdı. Başqa bir sistem də qura bilərdik, amma biz potensialı olan futbolçuları oynadacağıq”.

- Bu gün heyətdə yalnız gənc futbolçular yer almışdı. Demək olar ki, “Sumqayıt” ötən illərin “Xəzər”ini xatırlatdı. Siz nə düşünürsünüz?

- “Xəzər” haqda düşünmürdüm, açığı. İstəyirik ki, “Xəzər Sumqayıt”ın adət-ənənəsini qaytaraq. Çünki bütün komandalar “Xəzər”dən qorxurdu. İndi də “Sumqayıt”ı elə etmək istəyirik.

- Çernişevdən fərqli olaraq Qıstarovun oyunu azarkeşləri qane etmir. Tribunada da narazılıqlar var idi...

- Tribunadakı narazlıqlar qalsın bir kənara. Seçimə gəldikdə, böyük seçim qarşısında deyildik. 2 futbolçu baxışda idi, ikisi ilə də müqavilə imzaladıq. Əgər baxışda 4-5 futbolçu olsaydı, seçim edərdik.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler