» » Türk bayrağı açan azarkeşə ömürlük cəza

Türk bayrağı açan azarkeşə ömürlük cəza

Bölmə: Idman
Türk bayrağı açan azarkeşə ömürlük cəzaİngiltərə Çempionşipində mübarizə aparan "Haddersfild" klubu "Lids"lə oyunda tribunada Türkiyə bayrağı açan azarkeşini cəzalandırıb.

Xalqinfo” xəbər verir ki, klub həmin azarkeşə ömürlük cəza verildiyini açıqlayıb. Qərara əsasən, adı açıqlanmayan həmin şəxs bir daha "Haddersfild"in oyunlarını stadiondan izləyə bilməyəcək.

Xatırladaq ki, fevralın 5-də baş tutan matçda Türkiyə bayrağının tribunada açılmasından sonra yerli və qonaq azarkeşlər arasında qalmaqal baş vermişdi.

Onu da bildirək ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis azarkeş yerli fanatlarla münaqişə zamanı bıçaqlanaraq öldürülmüşdü.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler