Reynaldo Türkiyədə debüt etdi, komandası qalib gəldiBölmə: Idman
"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yenicə transfer olunduğu "Adanaspor" klubu Türkiyə Super Liqasında növbəti oyununu keçirib. "Report"un məlumatına görə, XIX tur matçında rəqib "Kasımpaşa" olub. Baş məşqçi Levent Şahin ev qarşılaşmasında braziliyalı oyunçunu start heyətə daxil etməyib. Lakin ehtiyatda olan 99 nömrəli Reynaldo 63-cü dəqiqədə meydana daxil olub. Həmin vaxt hesab 2:0 "Adanaspor"un xeyrinə olub. İlk qolu 4-cü dəqiqədə Roni, 62-ci dəqiqədə isə Diqao vurub. Bu nəticə sonadək dəyişməyib. Beləliklə, Reynaldo debüt matçında qələbəyə sevinib. "Adanaspor" xallarını 17-yə yüksəldərək, 16-cı pilləyə qalxacaq. "Kasımpaşa" isə hazırda 21 xalla 12-ci pillədədir. Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"ın uğurları üçün çalışan Reynaldo bir neçə gün əvvəl "Adanaspor"la 2,5 illik müqavilə imzalayıb. BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|