» » “Qarabağ”lılar Reynaldo ilə belə vidalaşdı -

“Qarabağ”lılar Reynaldo ilə belə vidalaşdı - Foto

Bölmə: Idman
“Qarabağ”lılar Reynaldo ilə belə vidalaşdı -

"Qarabağ"ın futbolçusu Riçard Almeyda və Miçel Madera komanda yoldaşları, bu gün Türkiyənin "Adanaspor" klubu ilə müqavilə imzalayacaq Reynaldo ilə vidalaşıblar.

Xalqinfo” xəbər verir ki, Almeyda Reynaldo ilə olan fotosunu şəxsi "instagram" hesabında paylaşıb. Təcrübəli futbolçu yazdığı şərhdə həmyerlisi üçün darıxacağını qeyd edib: "Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, "Adanaspor"da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi".

"Qarabağ"ın ispan futbolçusu Miçel Madera da Reynaldoya gələcək karyerasında uğurlar arzulayıb: "Qardaş, sən bizi buraxıb gedirsən? Hər şey üçün təşəkkürlər. Mən sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram!!! Səni çox sevirəm! Sən həmişə mənim ailə üzvüm olacaqsan, ürəyimdə olacaqsan. Uğurlar qardaş!"

Qeyd edək ki, Reynaldo 2013-cü ildən, Almeyda isə 2012-ci ildən "Qarabağ" da çıxış edir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Qarabağ”lılar Reynaldo ilə belə vidalaşdı -
“Qarabağ”lılar Reynaldo ilə belə vidalaşdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler