» » “Son qərarı AFFA verəcək” -

“Son qərarı AFFA verəcək” - "Bursaspor" rəsmisi

Bölmə: Idman
“Son qərarı AFFA verəcək” -

"Bursaspor"un vitse-prezidenti Əli Adəmoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti açıqlama verib.

"Xalqinfo" "Bursasporx"a istinadən xəbər verir ki, o xorvatiyalı mütəxəssisin Bursa klubuna keçib-keçməyəcəyi ilə bağlı yekun qərarı AFFA-nın verəcəyini deyib:

"AFFA ilə yaxşı münasibətimiz var. Onların da pis durumda qalmağını istəmirik. Ortaq məxrəcə gəlməyə çalışırıq. Hələ gözləyirik. "Ümraniye" və "Başakşehir"lə oyunlarımız var. Bizim üçün hər dəqiqə önəmlidir. Məsələ ilə bağlı yekun qərar veriləcəyinə ümid edirik. Prosineçkinin bizi istədiyi üçün ümidimizi itirməmişik. Onun Türkiyədə təcübəsi var, yaxşı məşqçidir. Həm də yaxşı insandır. İşimiz AFFA-nın verəcəyi qərara qalıb. Şərtlər hər iki tərəfi razı salmalıdır. Bunun üçün çalışırıq".


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler