» » “Prosineçki “Bursaspor”a keçidə isti baxır”-

“Prosineçki “Bursaspor”a keçidə isti baxır”- Menecer

Bölmə: Idman
“Prosineçki “Bursaspor”a keçidə isti baxır”-

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubuna keçə bilər. "xalqinfo” xəbər verir ki, bu barədə “ajansspor.com”a xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır açıqlama verib.

O bildirib ki, tərəflər bu keçidə isti baxır: ““Bursaspor” Prosineçkinin keçidi üçün çox çalışır. Bu iş peşəkar şəkildə görülür. Prosineçki də keçidə isti baxır. Amma heç kimi incitmək niyyətində deyil. O, Azərbaycanda çox sevilir. Azarkeşlərə zərər vermədən bu məsələni həll etmək fikrindəyik. Azərbaycan Futbol Federasiyası ilə danışıqlar davam edir.

İddia olunduğu kimi müqavilədə təzminat məsələsi yoxdur. Martda Azərbaycan millisinin Almaniya ilə oyunu var. Bəlkə həmin oyuna qədər Prosineçki həm Azərbaycan millisini, həm də “Bursaspor”u çalışdırsın. Bu mənim fikrimdir. Hər iki tərəf bu keçidə isti baxır. Prosineçki türk futbolunu bilir. “Bursaspor” rəsmiləri bunu görüncə çaşıb qaldı. Fikirləri çox yaxşıdır. Bu gün və ya sabah hər şey bəlli olaaq. Bu məsələnin həlli 100-də 50-dir”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler