» » “Mançester Yunayted” terror mütəxəssisi işə götürdü

“Mançester Yunayted” terror mütəxəssisi işə götürdü

Bölmə: Idman
“Mançester Yunayted” terror mütəxəssisi işə götürdü

İngiltərə Premier Liqasında çıxış edən “Mançester Yunayted” son dövrlərdə artan terror hadisələrinə görə klubdakı təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə çıxarıb.

"Xalqinfo" xəbər verir ki, dünya nəhəngi “Old Trafford”da keçirilən oyunlarada təhlükəsizliyi qorumaq məqsədi ilə terror mütəxəssisi vəzifəsi yaradıb. “Mançester Yunayted” terrora qarşı mütəxəssis çalışdıran ilk klub olaraq tarixə keçib.

Stadionlarda terror təhlükəsindən ehtiyatlanan futbol klubları azarkeşlərin və futbolçuların təhlükəsizliyi üçün bir sıra tədbirlərə əl atır. Bu işi ən çox ciddiyə alan komanda isə “Mançester Yunayted” oldu.

Ötən il Parisdə keçirilən Fransa – Almaniya matçının gedişində baş verən terror hadisəsindən sonra “Old Trafford”da bütün şüşələr qırılmayan materialdan hazırlanıb. Əvvələr azarkeşlərin üstü çox yoxlanılmasa da, indi hər şey tam fərqlidir. Hətta stadionun ətrafındakı bütün maşınlar da bir-bir yoxlanılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler