» » Elxan Məmmədov seminarda -

Elxan Məmmədov seminarda - Foto

Bölmə: Idman
Elxan Məmmədov seminarda -

Dünən AFFA-nın inzibati binasında “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində Kütləvi Futbol mövzusunda növbəti seminar başlayıb. “Qafqazinfo” saytı xəbər verir ki, seminarda UEFA-nın Baş marketinq meneceri Noel Muni və Kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və Ceyms Huçen iştirak ediblər.

Baş katib Elxan Məmmədovun da qatıldığı seminarda həmçinin AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və Sponsorluq Departamentinin mütəxəssisləri və Grassroots koordinatoru da iştirak ediblər.

UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridi. Əməkdaşlıq proqramı çərçivəsində Kütləvi futbol, Digital, FRM və Kommersiya sahələrində UEFA-nın mütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.

Seminar bu gün yekunlaşacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler