» » Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir - Video

Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir - Video

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir - Video

Xəbər verdiyimiz kimi, dünən Portuqaliya Premyer Liqasının XVII turundə “Benfika” - “Boavişta” (3:3) oyunundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.

"Xalqinfo" xəbər verir ki, oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci "sarı" ilə cəzalandırılıb.

Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşib. Portuqaliya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəzalandıracağı dəqiqdir. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədir.

Qeyd edək ki, Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb.

Xatırladaq ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler