» » Kamran Ağayev dava etdi - Fotolar

Kamran Ağayev dava etdi - Fotolar

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Kamran Ağayev dava etdi - Fotolar

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada “Benfika” futbolçuları ilə dalaşıb.

Xalqinfo” xəbər verir ki, Kamranın çıxış etdiyi “Boavişta” klubu Portuqaliya çempionatının 17-ci turuunda lider “Benfika”nın qonağı olub.

Oyunun gedişində “Boavişta” 3:0 önə çıxsa da, hesabı sona kimi saxlaya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Kamran 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə 89-cu dəqiqədə Fabio Espinyonu əvəz edib.

Kamran vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alıb. O, oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.

Qeyd edək ki, bu nəticədən sonar “Boavişta” 21 xalla 11-ci pillədə qərarlaşıb.

“Benfika” 3-3 “Boavişta”

Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Kamran Ağayev dava etdi - Fotolar
Kamran Ağayev dava etdi - Fotolar
Kamran Ağayev dava etdi - Fotolar
Kamran Ağayev dava etdi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler