» » “Mənfi məqam görmədim” -

“Mənfi məqam görmədim” - Roman Qriqorçuk

Bölmə: Idman
“Mənfi məqam görmədim” -

“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq”.

Xalqinfo” xəbər verir ki, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. O, Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzduqları ilk yoxlama oyunu haqda fikirlərini klubun saytına bildirib.

Ukraynalı çalışdırıcı komandasının sözügedən qarşılaşmada pis təsir bağışlamadığını vurğulayıb:

“İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler