» » “Bilirdim ki, məni bağışlamayan azarkeşlər var” -

“Bilirdim ki, məni bağışlamayan azarkeşlər var” - Ruslan Abışov

Bölmə: Idman
“Bilirdim ki, məni bağışlamayan azarkeşlər var” -

"Neftçi”nin yeni transferi Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. “Xalqinfo” həmin müsahibəni diqqətinizə çatdırır:

- Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən?

- Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib "Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm.

- "Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik.

- "Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadadı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram.

- Son olaraq, azarkeşlərə nə demək istərdin?

- "Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. "Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler