» » Yeni qolkiperdə problem çıxdı -

Yeni qolkiperdə problem çıxdı - Qapı Kamran Ağayevə əmanət

Bölmə: Idman
Yeni qolkiperdə problem çıxdı -

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu problemlə üzləşib.

Xalqinfo” xəbər verir ki, Portu təmsilçisi qarşıdakı bir neçə turda Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü qapıçı Vaqner da Silvanın xidmətindən istifadə edə bilməyəcək. Buna 30 yaşlı qolkiperin sənədlərində problem yaranması səbəb olub.

Portuqaliya mətbuatının yaydığı xəbərə görə, baş məşqçi Migel Leal Premyer Liqasının XVII turunda lider "Benfika" ilə səfər oyununda qapını Kamran Ağayevə həvalə edəcək.

Qeyd edək ki, Kamran mövsümün əvvəlində "Boavişta"ya transfer edilib. Onun portulularla müqaviləsi mövsümün sonuna qədərdir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler