» » Azərbaycan millisi yenə qələbə qazana bilmədi

Azərbaycan millisi yenə qələbə qazana bilmədi

Bölmə: Idman
Azərbaycan millisi yenə qələbə qazana bilmədi

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.

"Xalqinfo” xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda qapılara 4 qol vurulub. Amma tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə bitib.

Xatırladaq ki, millimiz ilk oyununda Litvaya 1:2 hesabıyla uduzmuşdu.

V.Qranatkinin xatirə turniri
C qrupu
11 yanvar

13:00. Azərbaycan - Qazaxıstan - 2:2
Qollar: K.Dinmuxammed, 18-pen. (0:1). R.Məhərrəmli, 45 (1:1). S.Yerkebulan, 53 (1:2). F.Nəbiyev, 82 (2:2).


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler