» » Rəqibdə dopinq tapıldı, medalı Azərbaycana verdilər -

Rəqibdə dopinq tapıldı, medalı Azərbaycana verdilər - 5 il sonra

Bölmə: Idman
Rəqibdə dopinq tapıldı, medalı Azərbaycana verdilər -

Azərbaycan London-2012 Olimpiya oyunları medalları siyahısına daha birini əlavə edib.

Xalqinfo” pomorska.pl saytına istinadən xəbər verir ki, dopinq qalmaqallarından sonra ağır atletimiz İntiqam Zairov aktivinə gümüş medal yazdırıb.

Olimpiadanı 6-cı yerdə başa vuran idmançımız dopinq qalmaqalında ilişsə də, sonradan bəraət alıb. Digər idmançıların dopinqdə ilişməsi nəticəsində 6-cı olan idmançımız 2-ci pilləyə yüksəlib. Qızıl medal isə iranlı Səid Məhəmmədpurkarkaranın olub.

Həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında da İntiqam Zairov London Olimpiadasının 2-cisi kimi göstərilib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev isə açıqlamasında bu barədə rəsmi məlumat olmadığını bildirib: “Bu xəbər hələ rəsmi deyil. İntiqam Zairovun adı Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi səhifəsində "nəticələr" bölməsində 94 kq çəki dərəcəsində London Olimpiadasının gümüş medalçısı kimi göstərilir. Bir neçə müddətdir ki, atletimiz orada London Olimpiadasının gümüş medalçısı kimi qeyd olunur orda. Təbii olaraq da, hər kəs buna istinad edir. Ancaq bir şey var ki, Zairovla bağlı dopinq araşdırması hələ davam edir və nəticəsi açıqlanmayıb. Yəni, bunu müvəqqəti durum kimi qəbul etmək olar. Biz də federasiya olaraq qərarı gözləyirik. Ümid edirik ki, atletimiz layiq olduğu medalı qazanacaq”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler