» » “Qarabağ”ın çox böyük azarkeş ordusu var” -

“Qarabağ”ın çox böyük azarkeş ordusu var” - Ramazanov

Bölmə: Idman
“Qarabağ”ın çox böyük azarkeş ordusu var” -

"Qarabağ"ın yeni transferi Ağabala Ramazanov artıq komandasının Antalyada davam edən təlim-məşq toplanışına qoşulub və ilk məşqinə də çıxıb. “Xalqinfo” xəbər verir ki, o, komandaya keçidi və ilk məşqi haqda klubun rəsmi saytına açıqlamalar verib:

"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm.

Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".

Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün ikinci yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermək üçün əlimdən gələni edəcəm".

Ağabala azarkeşlər haqda danışmağı da unutmayıb: "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler