“Qalatasaray” 19 yaşlı qapıçının ümidinə qaldıBölmə: Idman
Antalyada təlim-məşq toplanışında olan “Qalatasaray” klubunun hər 3 qapıçısı zədələnib. “Xalqinfo” xəbər verir ki, komandanın əsas qolkiperi Fernando Musleranın barmağı sındığı üçün növbəti oyunlarda iştirak edə bilməyəcək. Komandanın ikinci qapıçısı Cenk Gönən əməliyyat olunduğu üçün məşqlərə davam edə bilmir. 3-cü qapıçı Eray İşçan isə məşq zamanı əzələsini dartıb. Türkiyə mətbuatında yayılan məlumata görə, “Cim-Bom" aşağı yaş qruplarında çıxış edən qapıçılara ümid olub. Belə ki, “Qalatasray”ın 19 yaşadək futbolçulardan ibarət komandasının qolkiperi Ahmet Gül bu gün Antalaydakı toplanışa qoşulub. Ahmetdən əlavə komanda 17 yaşlı qolkiper Batuhan Şeni də heyətə qatıb. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|