» » “Təklif aldığımız klubun Azərbaycanda böyük nüfuzu var”

“Təklif aldığımız klubun Azərbaycanda böyük nüfuzu var”

Bölmə: Idman
“Təklif aldığımız klubun Azərbaycanda böyük nüfuzu var”

Ukraynanın “Olimpik” klubundan ayrılan və “Neftçi” ilə razılığa gələn Kirill Petrovun agenti Aleksandr Pankov açıqlama verib.

Xalqinfo” xəbər verir ki, Ukrayna mətbuatına danışan Pankov, 26 yaşlı müdafiəçinin Asiya, Yunanıstan və Azərbaycan klublarından təklif aldığını söyləyib:

“Petrov növbəti 2 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Klubla razılığa gəlmişik, amma rəsmiləşməyib. Asiya, Azərbaycan və Yunanıstan təklifləri var idi. Yunanıstan klubu yüksək liqada mübarizə aparır. Azərbaycan komandasının isə böyük nüfuzu , tarixi və adı var. Bu 3 təklifi nəzərdən keçirmişik. Petrov yayda Yunanıstana gedə bilərdi, amma son anda alınmamışdı. Son qərarımızı 2 gün ərzində verəcəyik”.

Qeyd edək ki, Krill Petrovun “Neftçi”ylə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler