» » Faciədən sonra ilk dəfə meydana çıxdılar -

Faciədən sonra ilk dəfə meydana çıxdılar - FOTO

Bölmə: Idman
Faciədən sonra ilk dəfə meydana çıxdılar -

Təyyarə qəzasında heyətinin əksəriyyətini və məşqçilərini itirən “Şapekoense” faciədən sonra ilk məşqə çıxıb.

"Xalqinfo" xəbər verir ki, qəzada 19 futbolçusunu itirən “Yaşıl-ağlar” yanvarın 26-da baş tutacaq “Joinvil”lə oyunun hazırlıqları üçün məşqlərə başlayıb. “Şapekoense” 3 yeni futbolçuyla anlaşıb. Klub braziliyalı futbolçular Duqlas Qrolli, Nadson və Rossini heyətinə cəlb edib. “Şapekoense”nin futbol direktoru Ruy Koşta 20 oyunçu daha transfer edəcəklərini açıqlayıb.

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.(Publika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Faciədən sonra ilk dəfə meydana çıxdılar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler