» » 30 ildir belə qol görməmişdim - VİDEO

30 ildir belə qol görməmişdim - VİDEO

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
30 ildir belə qol görməmişdim - VİDEO

İngiltərə Premyer Liqasının 19-cu turunda evdə “Kristal Pelas”ı 2:0 hesabıyla məğlub edən “Arsenal”ın baş məşqçisi Arsen Venger komandasının ilk qolunu o ki var tərifləyib.

Xalqİnfo.az Komanda.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis yerli mətbuata açıqlamasında qələbəylə yanaşı, Olivye Jirunun qoluna xüsusilə sevindiyini deyib:

“Bu günə qədər görmədiyim gözəllikdə qol idi. Oyunçularıma həmişə gözəlliyin istedadda olduğunu deyirəm. İncəsənətdə olduğu kimi, sehrli, möhtəşəm və sürpriz bir hərəkət idi. Jirunun bu cəhdi məni xoşbəxt etdi.

Bu qol, fərdi bacarığın əsas rol oynadığı, komanda oyununun nəticəsi idi - balet kimi. Məşqlərdə bu cür qollar vurur, ancaq 30 ildi belə qol görməmişdim. Top arxasında və yüksəkdəydi. Beləsini xatırlamıram”.

Jiru cari mövsümdə meydana çıxdığı 12 oyunda 5 qola imza atıb.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler