» » İnterpol Türkiyədəki terrorla bağlı bəyanat yaydı

İnterpol Türkiyədəki terrorla bağlı bəyanat yaydı

Bölmə: Idman
İnterpol Türkiyədəki terrorla bağlı bəyanat yaydı

Cinayət polisi beynəlxalq təşkilatı (İnterpol) Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktını pisləyib və bu ölkənin hökumətinə faciənin araşdırılmasında dəstəyini təklif edib.

"Xalqİnfo" "Report"-a istinadən xəbər verir ki, bununla bağlı təşkilatın bəyanatında deyilir.

"İnterpol İstanbulda terrorçuların hücumunu pisləyir və Türkiyə hakimiyyətinə sözsüz dəstəyini təklif edir", - deyə təşkilatın "Twitter"dəki rəsmi hesabında yerləşdirilmiş bəyanatında deyilir.

Qeyd edək ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların 16-sı xarici ölkə vətəndaşıdır.

Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler