» » Ukraynalı futbolçu Azərbaycan klubunda

Ukraynalı futbolçu Azərbaycan klubunda

Bölmə: Idman
Ukraynalı futbolçu Azərbaycan klubunda

Birinci divizionda mübarizə aparan “Şəmkir” klubu növbəti transferini gerçəkləşdirib.

Xalqİnfo” xəbər verir ki, qərblilər bu dəfə ukraynalı futbolçu Artem Yesaulovla müqavilə imzalayıblar. Yarımmüdafiəçi “Metallurq” Donetsk klubunun 19 yaşlılarında oynayıb.

“Stal”ın əvəzedici komandasından trasfer edilən Artem Yesaulov Ukraynanın U16, U17 millilərinin də şərəfini qoruyub.

Xatırladaq ki, “Şəmkir” daha öncə “Turan” Tovuzdan Vusal Qarayev, “Şərurspor”dan Fərmayıl Əliyev və “Qaradağ” Lökbatandan Cəmil Rəhimlini, “Zirə”dən İsa Cəbiyevi də heyətinə qatmışdı.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler