» » Qurban Qurbanov 2, Roman Qriqorçuk 1 pillə irəlilədi

Qurban Qurbanov 2, Roman Qriqorçuk 1 pillə irəlilədi

Bölmə: Idman
Qurban Qurbanov 2, Roman Qriqorçuk 1 pillə irəlilədi

Dünyanın ən yaşı baş məşqçilərinin 2016-cı ilin son həftəsinin yeni reytinq siyahısı açıqlanıb.

Xalqİnfo” xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adıları var.

Ötən cədvəldə 460-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə irəliyərək 458-ci yerə yüksəlib (1361 xal).

Ötən ayda xeyli geriləyən “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 1 pillə irəliləyib. O, aktivindəki 852 xalla 642-cidir.

Siyahıya isə “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Onun aktivində 16423 xal var. 2-ci yerdə 16079 xalla Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan qərarlaşıb. “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone isə 13560 xalla 3-cüdür.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler