» » 2016-cı ilin ən yaxşı qapıçısı seçildi

2016-cı ilin ən yaxşı qapıçısı seçildi

Bölmə: Idman
2016-cı ilin ən yaxşı qapıçısı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı qapıçısının seçmək üçün sorğu keçirib.

Xalqİnfo.az Publika.az-a istinadən xəbər verir ki, keçirilən sorğunun nəticələrinə əsasən "Bavariya”nın qapıçısı Manuel Noyer bu mükafata layiq görülüb.

Qurumun internet saytında aparılan və 56 ölkədən jurnalistlərin və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda 156 xal toplayan alman qolkiper ardıcıl dördüncü dəfə bu adı qazanıb.

Daha əvvəl ardıcıl 4 dəfə mükafat qazanmış italiyalı əfsanə Canluici Buffon isə ikinciliklə kifayətlənib. Təcrübəli italyan qolkiper 91 xal toplayıb.

Portuqaliya milli komandasının və "Sportinq”in qapıçısı Ruy Patrisio isə 50 xalla üçüncü olub.

Səsvermənin nəticələri

1. Manuel Noyer (Bavariya) - 156 xal

2. Canluici Buffon (Yuventus) - 91

3. Ruy Patrisio (Sportinq L) - 50

4. Klaudio Bravo (Barselona/Mançester S) - 45

5. David De Xea (Mançester Y) - 37

6. Yan Oblak (Atletiko M) - 31

7. Huqo Lloris (Tottenhem) - 29

8. Keylor Navas (Real M) - 18

9. Tibo Kurtua (Çelsi) - 13

10. Denis Onyanqo (Mamelodi Sandauns) - 5

11. Petr Çex (Arsenal) - 4

12. Samir Handanoviç (İnter) - 2

13. Mark Andre Ter Şteqen (Barselona) - 1


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler