» » “Komandalarımız hakimlərə görə ac qalır” -

“Komandalarımız hakimlərə görə ac qalır” - AZAL-ın vitse-prezidenti

Bölmə: Idman
“Komandalarımız hakimlərə görə ac qalır” -

Bu gün Klublar Komitəsinin 2016-cı ildə son iclası keçirilib. "Xalqİnfo" xəbər verir ki, iclas başa çatandan sonra səsvermənin nəticəsinə görə sədrliyi "Sumqayıt"ın prezidenti Kamran Quliyevə ötürən AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov jurnalistlərə açıqlamasında maraqlı fikirləri ilə yadda qalıb.

Komitənin sabiq sədri əvvəlcə iclas barədə fikirlərini bildirib: "Klublar Komitəsi 2 ildir ki, fəaliyyət göstərir. Bu gün də ikinci ilin son iclası baş tutdu. Əsas məsələmiz komitəyə yeni sədrin seçilməsi ilə bağlı idi. Daha sonra isə Premyer Liqada hakimliyin səviyyəsi müzakirə edildi. Demək olar ki, 1 saatlıq iclasda hakimliklə bağlı narazılıqlardan danışdıq. Sonda isə səsvermə oldu. Onu da deyim ki, 5 klub rəsmisi Klublar Komitəsinin sədri olmaqdan imtina etdi. Bunlar AZAL, "Kəpəz", "Zirə" və "Qəbələ" klubları idi. 7 səslə Kamran Quliyev sədr seçildi. Onu təbrik edir, işlərində uğurlar arzulayıram"

"Siz niyə yenidən sədr seçilməkdən imtina etdiz" sualına isə Fikrət bəy belə cavab verib: "Bir il işlədim də. İstədim yeni sədr seçilsin, yeni mövqe nümayiş etdirsin. Onsuz da biz bir ailə, bir komandayıq. Mənim sədrliyim dönəmində iki məsələ öz həllini tapdı. Legioner futbolçularla bağlı rüsumlar və cərimələrin məbləği azaldıldı".

AZAL rəsmisi daha sonra iclasda hakimliklə bağlı edilən müzakirələrdən danışıb: "Qarabağ" - "Qəbələ" oyunundan başladıq. Bütün klub rəsmiləri də bildirdi ki, bunlar hakimliyin problemlərindən qaynaqlanır. Elə sizə bir epizodu deyim. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda keçirilən AZAL - "Qəbələ" matçında oyunun baş hakimi Fariz Yusifov gözünün önündə olan penaltini vermədi. Necə olur ki, 14 gün ərzində - "Rəvan"la, "Qəbələ" ilə səfər və ev oyunumuzu bir hakim idarə edir? Bunun dünyada analoqu yoxdur. 80 yaşı yeni tamam Abas Əzimova müraciət etmək lazımdı ki, bu məsələni araşdırsın. Görək, başqa hansı ölkədə belə şey var?

Bu, o halda olar ki, həmin ölkədə cəmi 2-3 hakim olsun. Mən belə şey görməmişəm. Hakim haqsızlığı çox böyük bəladır. Əliyar Ağayev 4 yerə bölünə bilməz ki... Qərəz, qərəz və yenə də qərəz... "Qarabağ"dan başqa hamısı hakimlikdən şikayətləndi. Onlar da narazıdır, amma müzakirədə fəal iştirak etmədilər. "Qəbələ"yə böyük hörmətim var. Qələbələrinə də kölgə salmaq istəmirəm. Sadəcə, bu, qərəzdir. Bizim baş məşqçi ilə yanaşı, "Zirə"nin çalışdırıcısı da eyni sözü söylədi. "Neftçi" ilə oyunda təmiz qolumuz qeydə alınmadı. Ramil Diniyev gözünün önündə olan epizodu görmürsə, deməli bu, qərəzdir. Köməkçi hakimin topa baxmaqdan başqa nə işi var ki? Hakimlər sponsorlarımızı futboldan uzaqlaşdırır. Komandalarımızın ac qalması hakimliyin başındadır. Sponsorlar inciyir, maliyyə ayırmaq istəmir. Belə biabırçılıq olmaz. Nə varsa, onu da etmək lazımdı. Bu gün Fariz Nəcəfov dedi ki, Hakimlər Komitəsinin sədri əcnəbi olub".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler