Emin Mahmudov Portuqaliyada qol hesabını açdı - VİDEOBölmə: Idman
Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb. Xalqİnfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Boavişta"nın heyətində "Nasional"la qarşı keçirilən səfər matçının 11-ci dəqiqəsində hesabı açıb. Bu, Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin qarşılaşmanın 39-cu dəqiqəsində sarı vərəqə alıb, 62-ci dəqiqədə isə zədələnərək əvəzlənib. Millimizin qapıçısı Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub. Qapısını toxunulmaz saxlayan Kamran sarı vərəqə ilə cəzalandırılıb. Bu, matçın 69-cu dəqiqəsində baş verib. Qeyd edək ki, "Boavişta" uzun fasilədən sonra qələbəsizliyə son qoyub və 17 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Portuqaliya çempionatı. 15-ci tur 21:00 Nasional - Boavişta 0:2 Emin Mahmudov, 11, Renato Santos, 32. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|