» » Millimiz 2017-yə rekord göstərici ilə yollanır

Millimiz 2017-yə rekord göstərici ilə yollanır

Bölmə: Idman
Millimiz 2017-yə rekord göstərici ilə yollanır

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “Xalqİnfo” xəbər verir ki, komandamız ötən aykı mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb.

Komandamız 2017-ci ilə bu pillədə yollanacaq. Yığmamız ilk dəfə ili 90-cı yerdə başa vurur və bu, rekord göstəricidir.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler