» » “Uşaq səhvlərindən qollar buraxdıq”

“Uşaq səhvlərindən qollar buraxdıq”

Bölmə: Idman
“Uşaq səhvlərindən qollar buraxdıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “İnter” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

Xalqİnfo” xəbər verir ki, matçdan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

“Yaxşı oynadıq. Demək olar ki,müdafiədə yaxşı oynayıb, çoxsaylı hücumlar etdik. Futbolçuların oyunundan razıyam. İlin sonunda iki oyunumuz qalıb. Çalışacağıq ki, ili major notlarda başa vuraq”.

- Şahin Diniyev bildirdi ki, “İnter”in mərhələ adlamaq şansı 60 faizdi. Bəs, siz necə düşünürsüz?

- 2:0 yaxşı üstünlükdü. Ancaq oyun Gəncədə baş tutacaq. Gəncədəki stadionunun vəziyyətini də bilirsiniz. Buna görə arxayınlaşmamalıyıq. Çalışacağıq ki, növbəti mərhələyə 100 faizlik nəticə ilə keçək.

- İlk hissədə komandanız yaxşı oynamasa da, ikinci hissədə bunun əksini gördük. Fasilədə komandaya nə tapşırdınız?

- İlk hissədə də hücumlarımız oldu. Fasilədə uşaqlara dedim ki, daha yaxşı oynamaq lazımdı. Onlar da ikinci hissəyə yaxşı başladılar və lazım olan qolları vurmağı bacardılar.

- Son turda “Qarabağ”la qarşılaşacaqsınız. Heyətdə ciddi itkilər olduğunu nəzərə alsaq, həmin oyundan nə gözləyirsiniz?

- Həqiqətən ciddi itkilər var. Cəzalıların boşluğunu doldurmağa, layiqli futbol sərgiləməyə çalışacağıq.

***

Kəpəz”in baş məşqçisi Şahin Diniyev də oyun haqda danışıb:

“Yaxşı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. İnanıram ki, cavab oyununda yaxşı olacaq. Uşaq səhvlərindən qollar buraxdıq. Məncə, oyun başa çatmayıb, Gəncədə daha bir oyunumuz var. Komandam yaxşı oynadı, uşaqlardan razıyam. İkinci qolu buraxmasaydıq, yaxşı olacaqdı”.

- “Kəpəz”in mərhələ adlamaq şansı nə qədərdi?

- Hazırda üstünlük “İnter”dədi. Qol vursaydıq, üstünlük bizdə olardı. Bu dəqiqə mərhələ keçmək 60 faiz “İnter”in tərəfindədi.

- Komanda ikinci hissədə oyunu sistemindən “qopdu”. Bunun səbəbi nədi?

- Komanda ilk qoldan sonra “sındı”. Biz hesabı bərabərləşdirmək üçün irəli atıldıq, özümüzə gələnə kimi ikinci qolu buraxdıq. Deməzdim ki, oyun sistemimiz pozuldu. Yenə deyirəm, uşaq səhvlərindən qollar buraxdıq.

- İlin sonuna iki oyununuz qalıb. "Qəbələ" ilə çempionat, "İnter"lə kubok oyunu. Bu matçlarda hansı sizin üçün daha önəmlidi?

- Hər iki oyun bizim üçün önəmlidi. Bilirsiniz ki, çempionatda 4-cü yer uğrunda qızğın mübarizə gedir. Əlbəttə, o yeri əldə etməl üçün “Qəbələ” ilə matç çox önəmlidi. Yaxşı çalışmalı, növbəti oyunlarda uğurlu olmalıyıq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler