» » Salsedonun Bakı xatirəsi:

Salsedonun Bakı xatirəsi: "Bu yol mənə sevimli Meksikanı xatırladır" +Foto

Bölmə: Idman
Salsedonun Bakı xatirəsi:

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ın qonağı olacaq "Fiorentina" matçın hazırlıqlarını başa vurub.

Xalqİnfo.az apasport.az-a istinadən xəbər verir ki, dünən ölkəmizə təşrif buyuran florensiyalılar axşam məşqindən sonra istirahətə çəkiliblər.

İtaliya klubunun futbolçuları səfərlə bağlı sosial şəbəkələrdə ilkin təəssüratlarını da bölüşüblər. Ən maraqlı paylaşımı isə meksikalı müdafiəçi Karlos Salsedo edib. 23 yaşlı mərkəz müdafiəçisi paytaxtımızda dünən axşamkı tıxacın videosunu tvitter hesabından paylaşıb. Videonun aşağısına isə bunları yazıb: "Bu yol mənə sevimli Meksikanı xatırladır".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu saat 20:00-da başlayacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Salsedonun Bakı xatirəsi:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler