» » “Bir az təəssüf hissi var...” -

“Bir az təəssüf hissi var...” - Qriqorçuk

Bölmə: Idman
“Bir az təəssüf hissi var...” -

“Builki çıxışımızdan razıyıq. Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bu, bizim üçün böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik. Sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəyik. Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksək səviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq”.

Xalqİnfo” bildirir ki, "Qafqazinfo"nun məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Maynts"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

“Qrupda 5 oyun keçirib, qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandaya hələ çox şey çatmır. Biz nəyin kifayət etmədiyini başa düşürük. Qrupda qarşılaşdığımız rəqiblərin səviyyəsinə yaxınlaşmaq üçün hələ çox çalışmalıyıq. “Maynts”, “Anderlext” və “Sent-Etyen” güclü çempionatlarda çıxış edir. Biz bu komandalarla fərqli qütblərdəyik. Lakin bu haqda düşünüb, təslim olmuruq. Cari mövsümkü çıxışımız zamanı inkişaf diqqət çəkirdi. Onlarla ilk qarşılaşmalarda bütüm komponentlərdə fərq çox böyük və aşkar idisə, ikinci matçlarda daha yaxşı təsir bağışladıq. Həmin oyunlarda bərabər mübarizə apardıq və hadisələrin uğurlu axarında xal qazanıb, qələbə də əldə edə bilərdik. Onda hesabımızda da çox xal olardı” -deyə o, bildirib.

Ukraynalı mütəxəssis nəticələri ilə bağlı mənfi hisslərinin olmadığını söyləyib:

“Yüksək səviyyədə oynamaq imkanından özümüz üçün mümkün qədər yararlandıq. Çox şey öyrəndik, təcrübə topladıq. Bir az təəssüf hissi var ki, son iki oyunda - “Sent-Etyen” və “Anderlext”lə görüşlərdə xal qazana bilmədik. Futbolda inkişafdan danışmaqla yanaşı, bunu qazanılan xalla da təsdiqləmək vacibdir”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler