» » “Onlardan soruşsaz, sizə deyəcəklər” -

“Onlardan soruşsaz, sizə deyəcəklər” - Rәqib baş mәşqçi

Bölmə: Idman
“Onlardan soruşsaz, sizə deyəcəklər” -

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin sonuncu turunda "Fiorentina"nı qəbul edəcək.

Xalqİnfo” xəbər verir ki, qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Paulo Souza oyunla bağlı fikirlərini bildirib.

- Baş məşqçi oyunöncəsi məşqi açıq elan edib. Hər zaman belə edirsiz, yoxsa özünüzə arxayınsız?

- Biz bütün rəqiblərimizə qarşı hörmətlə yanaşırıq. "Qarabağ"a da hörmətimiz var. Güclü baş məşqçiləri, yaxşı oyunçuları var. Bu, bizim jurnalistlərə olan hörmətimizdi.

- PAOK-a məğlubiyyətə görə azərbaycanlı azarkeşlərin hansı hisslər keçirdiyini düşündüzmü?

- Biz hər zaman qələbə üçün meydana çıxırıq. 3 xal üçün əlimizdən gələni etsək də, bu, alınmadı.

- Sabahkı matçda istirahəti düşünürsüz, yoxsa intensiv oyuna üstünlük verəcəksiz?

- Qarşımızdakı rəqib çox güclüdü. İtaliyadakı oyunda 20-25 dəqiqədə çox əziyyət çəkdik. Sabahkı oyunda da intensiv oynamağı düşünürük.

- Mümkünsə, start heyəti açıqlaya bilərsiz?

- İtaliyalı jurnalistlər hər oyundan öncə start heyəti düzgün təxmin edirlər. Onlardan soruşsaz, sizə deyəcəklər (gülür).

- "Qarabağ" adının bir tarixçəsi var. Bu barədə məlumatınız var?

- Xeyr, təəssüf ki, bu barədə məlumatım yoxdu.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler