» » “Məğlubiyyətdən yox, azarkeşləri kədərləndirməkdən qorxuruq” -

“Məğlubiyyətdən yox, azarkeşləri kədərləndirməkdən qorxuruq” - Qurbanov

Bölmə: Idman
“Məğlubiyyətdən yox, azarkeşləri kədərləndirməkdən qorxuruq” -

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin sonuncu turunda öz meydanında İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

"Xalqİnfo" xəbər verir ki, oyundan bir gün öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

Təcrübəli çalışdırıcı ilk öncə matç haqda fikirlırini bildirib: "Qrupda son oyunumuzdu. Hər bir oyun vacibdi. Elə bir vəziyyət yaranıb ki, bu oyun digərlərindən daha vacibdi. Əlimizdə böyük bir şans var. Bundan da istifadə etmək istəyirik. Amma rəqibimiz "Fiorentina"dı. İtaliya klublarına qarşı oynamaq çox çətindi. Üçüncü ildir ki, son oyunda şansımız olur. Bunları nəzərə alıb, çox istərdik ki, müsbət nəticə qazanaq. Çox diqqətli olmağa çalışacağıq. Futbolçular bütün amillərə diqqət yetirməlidir.

- Sabah "Qarabağ"a nə mane ola bilər?

- Belə oyunlarda daha çox bizə rəqib mane olur. "Fiorentina" digər komandalardan çox fərqlidi. Fərqli oyuna üstünlük verirlər. 90 dəqiqə diqqətli olmalıyıq. Bu elə bir komandadı ki, daima fərqli hücumlar qura bilir. Rəqibin gücü, təcrübəsi bizə mane ola bilər. Bu da bizə çətinlik yarada bilər. Amma bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq.

- Rəşad Sadıqov sabah meydanda ola biləcəkmi?

- İndi elə bir andır ki, qərarı özü verəcək. "PAOK"la oyunda onun oynamasını israrla mən istəmişdim. Onda tamam başqa zədə idi. İndi isə dizindən zədələnib. Mən istərdim ki, meydanda olsun. Son qərarı özü verəcək. Rəşad özü tam əmin olsa, oynamağına şad olacam.

- Komandada psixoloji gərginlik varmı?

- Futbol digər idman növlərindən fərqlənir. Komandada psixoloji hisslər olursa, buna şad oluram. Deməli, komanda oyuna hazırlaşır, bunu dərk edir. Bu amil komandaya təsir edə bilər. Futbolçular da bilir ki, bu, məsuliyyətdən irəli gəlir. Bəzən idmançı məğlub olmaqdan qorxmur. Biz məğlub olmaqdan yox, azarkeşləri kədərləndirməkdən qorxmuşuq. Düşünürəm ki, psixoloji amil bizim xeyirimizə olacaq.

- Bir qulağınız Salonikidə olacaq, yoxsa bütün diqqətlərinizi Bakıdakı oyuna yönəldəcəksiz?

- Diqqətimiz bu oyunda olsa da, istər-istəməz həmin matçı da nəzərdə saxlayacağıq. "PAOK" - "Slovan" matçının nəticəsi də önəmlidir. Həmin oyunun nəticəsi ilə bağlı mənə tez-tez məlumat verəcəklər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler