» » Neftçi” “Şərurspor”la qarşılaşır -

Neftçi” “Şərurspor”la qarşılaşır - “Banişevskinin ruhu göynәyir...”

Bölmə: Idman
Neftçi” “Şərurspor”la qarşılaşır -

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi" öz meydanında "Şərurspor"u qəbul edir. "Xalqİnfo" xəbər verir ki, oyun kiçik tədbirlə başlayıb.

Belə ki, 2 gün əvvəl bakılıların 1966-cı ildə SSRİ çempionatında qazandığı bürünc medalın 50 ilinin tamam olması münasibətilə həmin dövr "ağ-qaralar"ın şərəfini qorumuş Yaşar Babayev klubun müşahidə şurasının rəhbəri Çingiz Abdullayev tərəfindən mükafatlandırılıb. Sözügedən komandada çıxış etmiş Kazbek Tuayev isə Rusiyada olduğundan mərasimdə iştirak edə bilməyib.

Hədiyyə təqdim olunan vaxt "Forza Neftçi"nin üzvlərinin "Banişevskinin ruhu göynəyir" şüarı diqqətdən yayınmayıb.

Bundan başqa, bakılı azarkeşlər 1966-cı ildə olduğu kimi "Бронза нам, остальное вам"! pankartını açıblar.

Həmçinin, 2 gün öncə təyyarə qəzasında həlak olan Brazilyanın "Şapoenense" klubunun üzvləri də unudulmayıb.

Belə ki, tərəfdarlar "Forza Chape" pankartını açıblar. Matç isə 1 dəqiqəlik sükutla başlayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Neftçi” “Şərurspor”la qarşılaşır -
Neftçi” “Şərurspor”la qarşılaşır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler