» » Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları -

Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları - Fotolar

Bölmə: Idman
Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları -

Xəbər verdiyimiz kimi, Braziliyanın “Şapekoensi” klubunun futbolçularının olduğu təyyarənin qəzaya düşməsi nəticəsində 71 nəfər ölüb.

Xalqİnfo” “BBC”yə istinadən xəbər verir ki, xilasedicilər 6 nəfər xilas edə bilib. Onlardan ikisi “Şapekoense” klubunun futbolçusudur.

Bu faciə futbol klublarının başına gələn yeganə təyyarə qəzası deyil. Dəhşətli qəzalar daha əvvəllər də baş verib.

Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları -














1949-cu ilin mayın 4-də “Turin” klubunun təyyarəsi qəzaya düşüb. Həlak olan 22 nəfərdən 18-i futbolçu olub.

1958-ci ilin fevralın 6-da İngilis futbol nəhəngi “Mançester Yunayted”in Münhendə düşdüyü təyyarə qəzasında səkkiz futbolçu həyatını itirib. Menecer Matt Bazbiyə xitabən “Bazbinin uşaqları” adlandırılan gənc futbolçulardan gözləntilər çox böyük idi. Qırmızı şeytanlarda eynilə “Turin” kimi uzun müddət bu qəzanın şokundan çıxa bilməyib.

Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları -














1961-ci ilin aprelin 3-də Çili birinci liqa komandalarından “Green Cross”u daşıyan təyyarə Las Lastimas dağlarına çırpılıb. Hadisə nəticəsində səkkiz futbolçu və texniki heyətdən də iki nəfər olmaqla 10 nəfər dünyasını dəyişib.

1969-cu ilin sentyabrın 26-da “The Strongest” adlı Boliviya futbol komandasına daşıyan təyyarə Vilokoda da qəzaya düşüb. Nəticədə 16 futbolçu, iki klub əməkdaşı və baş məşqçi Eustaquio Ortuno ölüb.

1987-ci ilin dekabrın 8-də Peru birinci liqa komandası “Alianza Lima” klubunun paytaxt Limada düşdüyü təyyarə qəzası zamanı baş məşqçi Markos Kalderon və 16 futbolçu həlak olub.

1993-cü ilin aprelin 28-də Zambiya milli futbol komandası Qabonun Libreville şəhərində təyyarə qəzasına düşüb. Hadisə nəticəsində 18 futbolçu və beş klub əməkdaşı həyatını itirib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Futbol tarixinin ən dəhşətli təyyarə qəzaları -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler