» » Messinin 75 nəfərin öldüyü təyyarədən - Selfisi

Messinin 75 nəfərin öldüyü təyyarədən - Selfisi

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Messinin 75 nəfərin öldüyü təyyarədən - Selfisi

Medelina şəhərində göyərtəsində Braziliyanın “Şapekoence” komandasının futbolçularının da olduğu təyyarə qəzaya uğramazdan bir müddət öncə Argentina milli komandası tərəfindən istifadə olunub.

Xalqİnfo” “Life.ru”ya istinadən xəbər verir ki, Lionel Messi də daxil olmaqla dünyanın ən yaxşı futbolçularından ibarət komanda noyabrın 10-da 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Braziliya ilə qarşılaşmaq üçün bu təyyarə ilə yola düşüb. Messinin də həmin təyyarədə pilotlarla çəkilmiş fotosu bu gün sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, 72 sərnişin və 9 ekipaj üzvü ilə Boliviyadan havaya qalxan təyyarə Medelinada qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Braziliyanın “Şapekoense” futbol komandasının 27 oyunçusu və jurnalistlər olub.

Kolumbiya hökuməti ümumilikdə, 75 nəfərin qəzanın qurbanı olduğunu bəyan edib.

Qəzanın əlverişsiz hava şəraitinə görə baş verdiyi deyilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler