» » “Belә vәziyyәtdә adam döyәr dә, öldürәr dә” -

“Belә vәziyyәtdә adam döyәr dә, öldürәr dә” - Kapitan

Bölmə: Idman
“Belә vәziyyәtdә adam döyәr dә, öldürәr dә” -

Qəbələ”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a məğlubiyyətdən sonra “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıb.

O, öncə bunları söyləyib:

- İki lider komanda oynayırdı. Lakin matçın bu qədər dramatik olacağını heç kim gözləmirdi. Mənə elə gəlir ki, hakim bütün oyunu korladı.

- Referinin günahını nədə görürsünüz?

- İlk növbədə belə penalti verməzlər. Penaltini verəndən sonra yan hakimdən soruşur ki, harasına dəydi? Sən bunu görməmisənsə, necə penalti verirsən? Ağzını da göstərdi, qan idi. Ağzına da dəymişdi.

- Bu, qərəzdir, yoxsa səhv?

- Səhv bu cür olmur da. Hər dəfə bizim qapıya belə səhvlər olur.

- “Qarabağ”ın ikinci qolundan sonra əsas diqqət mərkəzində olan futbolçulardan biri də siz idiniz. Səhv etmirəmsə, rəqibin qapıçı Şahruddin Məhəmmədəliyevlə mübahisə edirdiniz...

- Dünənki uşaqdır, qolu vurmuşunuz, gedin qıraqda sevinin də. Dönüb bizim tərəfə jest edir. Mən də yaxınlaşdım ki, nə edirsən. Sözümü dedim, itələdim də. Uşaqdı, yerini bilməlidir. Bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. Belə vəziyyətdə adam döyər də, öldürər də yeri gələndə.

- Bu cür gərginlikdən sonra Avroliqa oyunu da var...

- Hələ bu barədə fikirləşmirik. Komanda 3-4 günə özünə gələcək. Belə oyunlardan sonra çempionluqlar əldən gedir. Bundansa 7 komanda oynayaq, Avroliqa üçün mübarizə aparaq. Harda gəldi belə penalti vermək olmaz. Ötən il Qəbələdə qırmızı vərəqə, penalti. Belə gülməli şeylər ancaq bizim qapıya olacaq?

- “Qarabağ”ın qələbə qolundan sonra nəyə etiraz edirdiniz?

- Hakim 4 dəqiqə əlavə edir, 90+7-də qol vururlar. Nə bilim, özləri bilər.

- Digər oyunçular arasında da mübahisələr vardı...

- Qoldan sonra belə şeylər olur. Belə şeydən sonra adam oynamaq istəmir. Referi penalti verib, sonra yan xətt hakimindən soruşur. Bu qərəzdir, yoxsa səhv – bunu artıq siz deyin.

- Hakim oyunu bitirmədi, mərkəzdən başlamadı. Bəlkə, matç yenidən keçirilsin...

- Nə bilim, bu artıq onun öz işidir. Danışamağa dəyməz.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler