» » “Penaltinin olub-olmadığını mən hardan bilim?!” -

“Penaltinin olub-olmadığını mən hardan bilim?!” - Qurban Qurbanov

Bölmə: Idman
“Penaltinin olub-olmadığını mən hardan bilim?!” -

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 13-cü turunun son matçında “Qarabağ” “Qəbələ”ni məğlub edib - 2:1.

Xalqİnfo” xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov öncə bunları deyib:

- Bizim üçün vacib oyun idi. Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər. Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var.

- Oyundan sonra rəqib futbolçulara qarşı qeyri-etik hərəkət edən Şahrudin Məhəmmədəliyevi cəzalandıracaqsızmı?

- Elə hal olubsa, mütləq cəzalanacaq. Amma mən onu tanıdığım üçün deyirəm ki, ola bilsin, sevinmək hərəkəti olub. Lakin siz deyən kimidisə, bu, qeyri-etikdi və ona görə mütləq cəzalanacaq, Açığı, ondan elə hərəkət gözləmirəm.

- Qurban Qurbanov bugünkü hakimlikdən razı qaldı, ya narazı?

- Mən həmişə qeyd etmişəm ki, derbi oyunlarını idarə etmək asan deyil. Qəbələdə məğlub olduğumuz matçı da bu hakim idarə etmişdi. Ümumi narazılıq mən tərəfdən də oldu, rəqib tərəfdən də.

- Hiss olunur ki, yaş limitinə görə Premyer Liqada əvəzetmələrdə problemlə üzləşirsiz?

- Bu, bütün komandalarda hiss olunur. Buna bir tərəfdən öyrəşmişik, digər tərəfdən də çətindi ki, bir mövqeyə iki futbolçu olsun. Yaş limitinə görə Coşqun, Namiq, Mahiri oynadırıq, tam fərqli mövqelərdə çıxış edirlər. Amma düz qeyd etdiniz, hardasa problem yaradır, məşqçi daha çox düşünməli olur.

- Oyun planlaşdırdığınız kimi getdimi?

- İlk hissəni pressinqlə başlamaq, rəqibi topsuz qoymaq istəyirdik. İkinci hissənin əvvəlində o tempi saxlaya bilmədik. “Qəbələ” 15 dəqiqəlik istirahətdən sonra daha da aktivləşdi. Sonra öz səhvimizdən qol buraxdıq. Amma ümumilikdə futbolçularımdan razı qaldım.

- Görsəydiz ki, hesabda üstünsüz, Almeydaya deyərdiz ki, penaltini kənara vursun?

- Bir halda ki, orada penaltinin olub-olmadığını heç kim bilmir, mən hardan bilim?! “İnter”lə oyunda epizod mənim gözümün qarşısında olmuşdu, ona görə demişdim ki, vurma. Burada isə epizod uzaq idi.

- Arif Daşdəmirova bu gün şans verməməyiniz nə ilə bağlı idi?

- Hansısa səhvə görə dəyişiklik etməli olsaydım, “Slovan”la matçda müdafiəçilərin dördünü də dəyişərdim. Həmin görüşdə Maksimin də, Bədavinin də səhvi oldu. Lazım olsa, sabah Maksimi yenə mərkəzdə oynada bilərik. Sadəcə, bu gün rəqibin çox sürətli hücumları olurdu, Arifə şans verməməyim “Slovan”la matçdakı çıxışına görə deyildi.

- Elvin Yunuszadəyə “Fiorentina” ilə görüşdə də şans verəcəksizmi?

- Hələ o oyuna çox vaxt var. Rəşad Sadıqov fərdi məşqlərə başlayıb. Maksimin, Migel Maderanın oynamaması, Rəşadın zədəli olması bizə istər-istəməz problem yaradacaq. Zədədən sonra bəzən elə hal olur ki, bir həftəlik müalicədən sonra orqanizmdə dəyişiklik olur. Sadəcə, dizdə alınan zədə riskli olur. 5-6 gün gözləyək, görək necə olacaq? Rəşadın “Fiorentina” ilə matçda oynamaq ehtimalı var.

- Qara Qarayevin ehtiyatda oturmaq səbəbi nə idi?

- Elə bir səbəb yox idi. Bu gün belə heyət buraxmaq istədim, sabah Qara yenidən meydanda ola bilər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler