» » Nazir idmançının medalının əlindən alınmasından danışıb

Nazir idmançının medalının əlindən alınmasından danışıb

Bölmə: Idman
Nazir idmançının medalının əlindən alınmasından danışıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb.

Xalqİnfo” xəbər verir ki, Gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Konfrans zamanı nazir Azad Rəhimovun da çıxışı olub: “Əziz dostlar, idmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O, bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirilir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyiq”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler