» » “Neftçi”dәn biabırçı bәyanat -

“Neftçi”dәn biabırçı bәyanat - İşdәn çıxmış klub rәsmisinә göndәrdilәr

Bölmə: Idman, BLOK XƏBƏR
“Neftçi”dәn biabırçı bәyanat -

"Neftçi" klubu bəyanat yayıb.

"Xalqİnfo" sizi həmin bəyanatla tanış edir:

"Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində 27.11.2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz” - "Neftçi” matçında xoşagəlməz hal baş vermişdir. Oyunun ilk hissəsinin əvvəlində "Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılıb.

Bildiririk ki, "Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub.

2016/17-ci il futbol mövsümündə Azərbaycan Premyer Liqası və 1-ci divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların əsasnaməsini ("Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunRmuş paltardəyişmə otağı;

Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, "Neftçi” PFK 24.11.2016-cı ilu tarixdə "Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. "Kəpəz” PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və "Neftçi” PFK üçün SKY BOX və VİP sektorlardaj yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).

"Neftçi” PFK olaraq gələcək oyunlarda oxşarj halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik”.

"Kəpəz" - "Neftçi" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

"Neftçi" rәsmi bәyanatı "Kәpәz"dәn göndәrilmiş Mehman Allahverdiyevә ünvanlayıb.

Qeyd edәk ki, Allahverdiyev sentyabrda Gәncә klubundan çıxarılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Neftçi”dәn biabırçı bәyanat -
“Neftçi”dәn biabırçı bәyanat -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler