» » Dünya çempionatında daha bir medal

Dünya çempionatında daha bir medal

Bölmə: Idman
Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Xalqİnfo” xəbər verir ki, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov mundialın bürünc mükafatına sahib olub.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler